Məmmədov BATE - Partizan oyununda

17:58 - 13 Avqust 2015

Çempionlar Liqasının matçına təyinat
 
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
 
Sportal.az xəbər verir ki, o, bu turnirin pley-off mərhələsi çərçivəsində avqustun 18-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Partizan" (Serbiya) oyununda tədbirin direktoru (UEFA Venue Director) olacaq.

Xəbər xətti