Benites "Real"da kimi görmək istəyir?

20:35 - 13 Avqust 2015

Llorente gəlir?

 

"Yuventus"un hücumçusu Fernando Llorente karyerasını "Real"da davam etdirməyə çox yaxındır.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Kral" klubunun baş məşqçisi Rafael Benites 30 yaşlı ispan futbolçunu komandasında görməkdə israrlıdır. Daha əvvəl futbolçunun "Sevilya" ilə anlaşdığı deyilsə də, "Real"a keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, Llorente ötən mövsüm "Yuventus"un heyətində çıxdığı 31 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti