"Şalke" türk əsilli futbolçunu transfer edir

01:14 - 14 Avqust 2015

Almaniya təmsilçisi Gökhan İnləri heyətinə qatır  
 
İsveçrə millisinin türk əsilli futbolçusu Gökhan İnlər karyerasını Almaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, “Napoli”də çıxış edən 31 yaşlı futbolçunu “Şalke” heyətinə qatmağa hazırlaşır.
 
Bundesliqa təmsilçisi Gökhan İnlərin transferi qarşılığında neapollulara 7 milyon avro ödəməyə razıdır. İngiltərənin “Lester” klubunun da yarımmüdafiəçiylə maraqlanması “Napoli”ni seçim qarşısında qoyub.
 
Qeyd edək ki, ötən mövsüm A seriyasında 19 oyun keçirən futbolçu 1 qol vurub.     

Xəbər xətti