"Qarabağ"a qol vuran futbolçu İtaliya klubunda

01:42 - 14 Avqust 2015

Kaliniç “Fiorentina”yla müqavilə bağladı  
 
“Dnepr”in hücumçusu Nikola Kaliniç İtaliya klubuna keçməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu “Fiorentina” klubuyla razılığa gəlib.
 
İtaliya təmsilçisi xorvatiyalı forvardın keçidi qarşılığında dnepropetrovskililərə 5 milyon avro verəcək. Florensiyaya səfər edən Kaliniç tibbi baxışdan keçəndən sonra “çəhrayılar”la 4 illik müqavilə bağlayacaq.
 
Qeyd edək ki, ötən il Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a iki qol vuran Kaliniç “Dnepr”ə 2:1 hesabı ilə qələbə qazandırmışdı.           

Xəbər xətti