“Tottenhem”ə lazım olmayan hücumçu vətəninə qayıdır
“Tottenhem”ə lazım olmayan Roberto Soldado klubun düşərgəsini tərk edir.
Sportal.az xəbər verir ki, ispaniyalı hücumçu karyerasını vətənində davam etdirə bilər.
Hotspurluların işinə yaramayan 30 yaşlı futbolçunu “Vilyarreal” sıralarına qatır. La Liqa təmsilçisi Roberto Soldadonun transfer hüququnu ingilislər təmamilə almaq istəyir. Əgər ispanların buna gücü çatmazsa, onda forvardı icarə əsasında “Vilyarreal”a cəlb edəcək.
Qeyd edək ki, “Tottenhem” futbolçunu 2013-ci ildə 26 milyon funt sterlinq qarşılığında “Valensiya”dan alıb.
saytlarin hazirlanmasi