Daha 2 güləşçimiz dünya çempionu oldu

12:08 - 14 Avqust 2015

2 qızıl və 1 bürünc

 

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan pəhləvanları günü 2 qızıl və 1 bürünc medalla başa vurub.  

 

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub. 

 

51 kq-dakı təmsilçimiz Leyla Qurbanova da eyni nəticəni göstərib. O, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib. 

 

67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də yaponiyalı idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova çempionatının bürünc medalını qazanıb. 

 

44 kq 

1/8 final - Türkan Nəsirova - Emine Çataloğlu (TUR) 8:0 (təmiz qələbə)

1/4 final - Kseniya Stankeviç (BLR) - Türkan Nəsirova 6:11

1/2 final - Svetlana Ankiçeva (KAZ) - Türkan Nəsirova 0:10

FİNAL - Türkan Nəsirova - Rina Okuno (JPN) 5:2

 

51 kq 

1/8 final - Daniela Lopez (MEX) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

1/4 final - Momoka Kadoya (JPN) - Leyla Qurbanova 4:9 

1/2 final - Leyla Qurbanova - Kseniya Nejqovorova (RUS) 6:2

FİNAL - Olena Kremzer (UKR) - Leyla Qurbanova 7:10

 

59 kq

1/8 final - Almaz İsmayılova - Viktoriya Bobeva (BUL) 2*:2

1/4 final - Almaz İsmayılova - Yoşimi Kayama (JPN) 6:6*

Təsəlliverici görüş - Jessica Brullette (CAN) - Almaz İsmayılova 4:0

 

67 kq 

1/8 final - İlonia Alison (MHL) - Elis Manolova 0:10

1/4 final - Nicole Amann (GER) - Elis Manolova 3:3* (təmiz qələbə)

1/2 final - Elis Manolova - Masako Furuiçi (JPN) 0:10

Bürünc medal görüşü - Signe Fidje Store (NOR) - Elis Manolova 2:2*

 

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Xəbər xətti