"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin yeni iş yeri məlum oldu

13:36 - 14 Avqust 2015

TRT Spor kanalında...

 

"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, cənub klubundan ayrıldıqdan sonra LİG TV-də futbol şərhçiliyi edən türkiyəli mütəxəssis sözügedən telekanalla da yollarını ayırıb. Denizlinin yeni iş yeri isə artıq bəllidir. Dənizli bundan sonrakı karyerasına TRT Spor telekanalında davam edəcək. Belə ki, O, sözügedən kanalda yayımlanan "Stadyum” verilişində şərhçilik edəcək. Dənizlinin cümə günündən yeni işinə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, Dənizlinin klub karyerasında son iş yeri məhz "Xəzər Lənkəran" olub.

Xəbər xətti