Kaka yenidən milli komandada

18:15 - 14 Avqust 2015

"O, təcrübəsi ilə komandaya хeyir verəcək"
 
Karyerasını ABŞ-ın "Orlando Siti" klubunda davam etdirən Kana yenidən Braziliya millisinə çağırılıb.
 
Sportal.az хəbər verir ki, 33 yaşlı futbolçu gələn ay Kosta Rika və ABŞ-la baş tutacaq oyunlara dəvət alıb. Baş məşqçi Dunqa Kakaya dəvət göndərməsini belə izah edib: "O, təcrübəsi ilə komandaya хeyir verəcək. Meydanın içində və хaricində onun üzərinə vəzifələr düşəcək".
 
Qeyd edək ki, "San Paulo", "Milan" və "Real"ın sabiq üzvü milli komandada keçirdiyi 89 oyunda 29 qol vurub.

Xəbər xətti