"Kəpəz" də Mübariz Zeynalovu andı

18:33 - 14 Avqust 2015

Veteranlar da bir araya gəlib
 
Avqustun 8-də dünyasını dəyişən veteran futbolçu Mübariz Zeynalovun əziz xatirəsi doğma şəhəri Gəncədə də anılıb.
 
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə Zeynalovun vaxtilə futbolçu kimi çıxış etdiyi, daha sonralar isə məşqçi kimi çalışdığı “Kəpəz”də anım tədbiri keçirilib. 
 
Görüşdə “Kəpəz”in Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi ilə yanaşı, Gəncə futbolunun ayrı-ayrı dövlərini təmsil edən veteranlar bir araya gəlib. Mübariz Zeynalovla birlikdə çiyin-çiyinə oynamış və rəhbərliyi altında çıxış etmiş futbolçular onun haqqında xatirələrini bölüşüblər. Zeynalovun Azərbaycan futbolundakı xidmətlərindən, bu sahədəki fəaliyyətindən bəhs olunub. 

Xəbər xətti