Ayaz Quliyevlə Ramil Şeydayev
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Dmitri Xomuxa milliyə 23 futbolçu dəvət edib. Avro-2017-nin seçmə mərhələsində millimizin də rəqibi olan Rusiya komandası təlim-məşq toplanışına avqustun 31-də başlayacaq. Şimal qonşularımızın heyətinə əslən azərbaycanlı olan Ayaz Quliyevlə Ramil Şeydayev də dəvət olunub.
Qapıçılar: Anton Mitröşkin (“Spartak”, Moskva), Maksim Rudakov (“Zenit”, Sankt-Peterburq), Aleksandr Selixov (“Amkar”, Perm)
Müdafiəçilər: Dmitri Jivoqlyadov, Qriqori Morozov (hər ikisi “Dinamo”, Moskva), İlya Zuyev (“Zenit”, Sankt-Peterburq), Vyaçeslav Karavayev (“Yablonets”, Çexiya), Maksim Kuftin (“Stroqino”, Moskva), Vitali Lıstsov (“Benfika”, Portuqaliya), Elmir Nabiullin (“Rubin”, Kazan), Nikita Çernov (MOİK, Moskva)
Yarimmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi “Lokomotiv”, Moskva), Aleksandr Qolovin, Dmitri Yefremov (hər ikisi MOİK, Moskva), Ayaz Quliyev (“Spartak”, Moskva), Aleksey Yevseyev (“Zenit”, Sankt-Peterburq), Roman Zobnin, Anatoli Katriç, Aleksandr Taşayev (hamısı “Dinamo”, Moskva), Arşak Korən (“Vitess”, Hollandiya)
Hücumçular: Andrey Panökov (“Atlantas”, Litva), Ramil Şeydayev (“Rubin”, Kazan).
saytlarin hazirlanmasi