"İstədiyimiz futbolçuları ala bilmədik"
"Zenit"in baş məşqçisi Andre Villaş-Boaş mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki. bu barədə portuqaliyalı mütəxəssisin özü məlumat verib. Boaş açıqlamasında bunları qeyd edib:
"Klub mənə müqaviləni uzatmaq barədə təklif etdi, lakin mən qəbul etmədim. Mövsümün sonunda komandadan ayrılacam. Buna səbəb isə, istədiyim futbolçuları almamağımız və çempionatda legioner limitinin dəyişilməsi ilə bağlıdır".