Ona qarşı cinayət işi qaldırılıb
Rusiyanın Sankt-Peterburq "Dinamo"sunun futbolçusu Aleksandr İlyin sərxoş vəziyyətdə yol qəzası törədib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, şənbə günü səhər baş verən hadisə nəticəsində beş maşın toqquşub, iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb. Qəza futbolçunun yolun hərəkət zolağının qarşı tərəfinə çıxması nəticəsində qeydə alınıb.
Müqavilə ilə Moskva "Dinamo"suna məxsus olan 22 yaşlı futbolçu saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb. O hazırda müvəqqəti saxlanma təcridxanasındadır.
saytlarin hazirlanmasi