"Qəbələ"yə qol vuran futbolçu ən yaxşı seçildi

13:13 - 9 Oktyabr 2015

Azarkeşlərin fikrincə...

 

UEFA Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan "Krasnodar"da sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə görə, Fyodor Smolov ən yaxşı seçilib.

 

Qeyd edək ki, F.Smolov Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə keçirilən matçda "qırmızı-qaralar"ın qapısına vurulan 2-ci qolun müəllifidir. O, həmçinin "Borusiya" Dortmunda matçda da məhsuldar ötürmə ilə yadda qalmışdı.

Xəbər xətti