Dörd boksçumuz yarımfinalda

12:15 - 11 Oktyabr 2015

Dünya çempionatında...

 

Boks üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 4 boksçumuz yarımfinala vəsiqə qazanmaqla dünya çempionatının ən azı bürünc medalını özünə təmin edib.

 

Abdulqadir Abdullayevdən sonra Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov yarimfinala yüksəlibler. Bağırov kubalı Olimpiya çempionu Rionel Sotolonqonu məğlub etməklə yarışın əsas sensasiyalarından birinə imza atıb.

Xəbər xətti