Lənkəran Futbol Liqasından "Xəzər Lənkəran"a dəstək

00:07 - 12 Oktyabr 2015

"Sevgimiz əskilməz bir an, sənə "Xəzər Lənkəran"
 
Xəbər verdiyimiz kimi Lənkəranda yenicə yaradılmış Lənkəran Futbol Liqasının çempionatı keçirilir.
 
Sportal.az xəbər verir ki, oktyabrın 11-də turnirin V turunda 3 görüş baş tutub. Yarış iştirakçıları oyunların fasiləsində maraqlı banner açıblar. Üzərində “Sevgimiz əskilməz bir an, sənə Xəzər Lənkəran!!!” yazılmış bannerlə futbolsevərlər, “Xəzər Lənkəran”a olan sevgilərini nümayiş etdiriblər. Xatırladaq ki, FİFA-nn transfer qadağası ilə üzləşərək heyətini qurmaqda çətin duruma düşən “Ağ-yaşıl” klub eyni zamanda həm də maddi sıxıntılardan da əziyyət çəkir. (12cioyuncu.info)
 
 

Xəbər xətti