Xorvatiya millisində ciddi itki

00:18 - 12 Oktyabr 2015

Modriç Malta ilə oyunda oynamayacaq
 
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığması ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, dünən Bolqarıstanla oyunda (3:0) dizindəki ağrılar səbəbindən oyunu yarımçıq tərk edən “Real”lı futbolçunun Malta ilə oktyabrın 13-ü keçiriləcək oyunu buraxacağı dəqiqləşib. Tibbi müayidən keçən Modriçin qarşıdakı matça kimi bərpa ola bilməyəcəyi müəyyənləşib.

Xəbər xətti