Abdullayev kubalı rəqibi ilə bacarmadı
Qətərdə keçirilən boks üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, artıq yarımfinal oyunlarına start verilib. Ötən gün Azərbaycanın bir boksçusu rinqə çıxıb. 91 kq çəki dərəcəsində yarışan Abdulqadir Abdullayev finala gedən yolda Hamza Toubayla (Almaniya) üz-üzə gəlib. Hər üç raundda rəqibinə uduzan (0:3) təmsilçimiz finala yüksələ bilməyib.
Qeyd edək ki, digər üç boksçumuz Elvin Məmişzadə (52 kq), Albert Səlimov da (60 kq) və Pərviz Bağırov (69 kq) yarımfinal görüşlərinə bu gün çıxacaqlar.
saytlarin hazirlanmasi