Ronaldo "qızıl buts"una nə vaxt sahib olacaq?

01:24 - 12 Oktyabr 2015

Sabah mükafat təqdim olunacaq
 
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldoya oktyabrın 13-də "Qızıl buts" mükafatı təqdim ediləcək.
 
Sportal.az xəbər verir ki, 2014/2015 mövsümünün ən yaxşı bombardiri olan Ronaldo 4-cü bu mükafata sahib çıxacaq. Bu, UEFA tərəfindən 1968-ci ildən təqdim edilən mükafatın tarixində rekord göstərici olacaq. İndiyə qədər heç bir futbolçu karyerası ərzində 4 dəfə "Qızıl buts" mükafatına yiyələnməyib.
 
Qeyd edək ki, Ronaldo ötən mövsüm La Liqada meydana çıxdığı 35 oyunda 48 qol vurub. O, 2008, 2011 və 2014-cü illərdə "Qızıl buts" mükafatını qazanıb. 

Xəbər xətti