"Düşünmürəm ki, başqa hansısa rəqibimiz Almaniya qapısında bu qədər epizod yaratmışdı"
Dünən AÇ-2016 seçmə mərhələsinin son turunda Gürcüstan millisi səfərdə Almaniya yığmasına 2:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, vaxtı ilə Bakı "İnter"ini çalışdırmış, hazırda Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze oyun haqda öz fikirlərini bildirib:
"Almaniya millisini qələbə münasibəti ilə təbrik edirəm. Ancaq öz oyunçularımı da burda göstərdiklərinə oyuna görə, təbrik etməyə borcluyam. Komandamla fəxr edirəm, dünya çempionuna qarşı layiqli mübarizə apardıq. Düşünmürəm ki, başqa hansısa rəqibimiz Almaniya qapısında bu qədər epizod yaratmışdı.
Gürcüstan millisində baş məşqçi kimi ilk oyunu məhz evdə Almaniyaya qarşı keçirmişdik. O vaxtdan bəri komandamın inkişaf etdiyini görmək mənə xoş təsir bağışlayır. Baş məşqçi olduğum müddətdə ən yaxşı oyunumuzu göstərdik",
saytlarin hazirlanmasi