Futbolumuzda daha bir itki
Azərbaycan futbolunda itki üz verib.
Sportal.az xəbər verir ki, yığmamızın sabiq müdafiəçisi, Tovuz futbolunun yetirməsi Sakit Alıyev uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat edib.
"Turan" komandası ilə Azərbaycan çempionu, ölkə çempionatının bir gümüş, iki bürünc mükafatını qazanan, həmçinin “Kəpəz”də də qızıl medala yiyələnən Alıyev bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
saytlarin hazirlanmasi