"Xəzər Lənkəran" 33-cü dəfə AZAL-la üz-üzə STATİSTİKA

12:23 - 12 Oktyabr 2015

16 qələbə, 6 məğlubiyyət

 

“Xəzər Lənkəran” Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də doğma meydanda AZAL klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bununla da “təyyarəçilər”lə 33-cü dəfə üz-üzə gəlmiş olacaqlar. İndiyə qədər keçirilən 32-oyunda cənub təmsilçisi paytaxt təmsilçisinə 16 dəfə qalib gəlib və yalnız  6 oyunda məğlub olub. Qalan 10 oyunda isə qalib müəyyənləşməyib.

 

Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Ağ-yaşıl”ların təqribən ikiqat üstünlüyü var. 

 

 

“Xəzər Lənkəran” –  AZAL   41:25

*************

 

Kubok oyunları.

Komanda paytaxt təmsilçisi ilə  4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun  ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar  kubok yarışmasının 2009/10 mövsümündə  finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək finala gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir: 

 

“Xəzər Lənkəran” –  AZAL 5:3.

**************

 

“15-minlik stadion, 14999+SƏN”

Qeyd edək ki, “Fırtınalar meydanı”nın tribunalarına 15.000-azarkeşin toplanması ilk dəfə AFFA-nın rəsmi protokoluna (o vaxtlar hələ PFL yox idi)  2007/08 mövsümündə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində 2008-ci il martın 20-də keçirilən məhz “Xəzər Lənkəran” – AZAL (o vaxtlar “Olimpik”adlanırdı) oyununda qeyd olunmuşdu. Onu da əlavə edək ki, həmin qarşılaşmanın afişalarını “12-ci oyunçu” öz hesabına hazırlamış, bütün Lənkərana yayaraq stadionun tribunalarını tam doldura bilmişdi. “12-ci oyunçu” MFK özünə məxsus olan  “15-minlik stadion, 14999+SƏN” layihəsini də ilk dəfə elə  həmin oyunda uğurla həyata keçirə bilmişdi. Beləliklə, cütlüyün statistikasına bunu da əlavə etmək olar ki, tribunalarda 15.000-azarkeşin toplanması ilk dəfə məhz bu komandaların 20.03.2008 tarixində baş tutan oyununda rəsmi protokolda qeyd olunmuşdur və 15.000-lik azarkeş davamiyyətinin ilk rəsmi təsdiqinə də məhz “12-ci oyunçu”nun səyləri ilə nail olunmuşdu.

 

Çempionat oyunları.

Okyabrın 18-də “Fırtınalar meydanı”nda keçiriləcək oyun “Xəzər Lənkəran”ın paytaxt klubu ilə qarşılaşacağı 29-ci çempionat matçı olacaq. İndiyə qədər baş tutan 28-çempionat oyununda komandanın 14-qələbəsi vardır. Qalan 14-oyunun 5-də paytaxt klubu 3-xala sahib çıxıbsa daha 9-qarşılaşmada komandalar sülhlə ayrılıblar. “Xəzər Lənkəran” çempionat qarşılaşmalarında AZAL-ın qapısına 35-dəfə yol tapıbsa, öz qapısında cəmi 22-top görüb.

 

Böyük hesablar.

Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.

 

 “Adı adlara qalıb”…

Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.

 

**************

Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:

 

2005/06 mövsümü

  “Olimpik” – “Xəzər Lənkəran”   0:2

 “Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   1:2

  “Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:0

  “Xəzər Lənkəran” – “Olimpik”   0:0


Azərbaycan kuboku, ¼ final mərhələsi

  “Olimpik” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

2008/09 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:1

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 2009/10 mövsümü

  “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

 “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

 AZAL – “Xəzər Lənkəran”  0:1

 “Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

 “Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

 “Xəzər Lənkəran” –AZAL  1 : 0

 

 2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

 “Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

 AZAL – “Xəzər Lənkəran” 1 : 3

 

2013/14 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL 1 : 1

 

 2013/14 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 2 : 2

 

2013/14 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 1

 

 2014/15 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 3 : 1

 

2014/15 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 0

 

Mənbə: 12cioyuncu.info

Xəbər xətti