Azərbaycan idman tarixində ilk dəfə

19:37 - 12 Oktyabr 2015

4 boksçumuz medal qazanıb

 

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Artıq yarışda yarımfinal mərhələsinə start verilib.

 

Sportal.az  Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev finala vəsiqə uğrunda görüşdə kubalı Erisladi Savonla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada daha təcrübəli E.Savon qalib gəlib. A.Abdullayev isə karyerasında ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib.

 

Bu gün bokçularımızdan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə, Albert Səlimov braziliyalı Robson Konseysaoyla, Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olublar.

Xəbər xətti