"Xəzər Lənkəran"da son durum: Zədəlilərdən biri məşqlərə başladı

20:31 - 12 Oktyabr 2015

Komanda doğma şəhərdə məşq edir
 
Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə istirahət edən “Xəzər Lənkəran” doğma şəhərdə toplanaraq məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, komanda artıq iki gündür ki, Lənkərandakı bazasında bir araya gələrək hazırlıqlara start verib. Gündəlik iki dəfə olmaqla məşq edən komandanın heyəti hələlik tam deyil. Belə ki, milli futbolçulardan savayı heyət üzvlərindən ikisi zədə üzündən hazırlıqlara qatılmayıb; Gənc futbolçu Orxan Əliyev Bakıda müalicə alır, onun çərşənbə günü Lənkərana dönəcəyi gözlənilir. Təcrübəli Rasim Ramaldanov isə zədəsini qismən sağaldaraq komandadan kənarda fərdi məşqlərlə kifayətlənir. (12cioyuncu.info)

Xəbər xətti