Əlcəzairli rəqibini məğlub etdi
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışda yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, bu gün bokçularımızdan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə qarşılaşıb. O, rəqibinə qalib gələrək, həm finala yüksəlib, həm də Olimpiadaya lisenziya qazanıb.
Albert Səlimov braziliyalı Robson Konseysaoyla, Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olublar.
saytlarin hazirlanmasi