Bolqarıstan millisində itki

00:50 - 13 Oktyabr 2015

Georgi Terziev zədələndi
 
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün millimizi qonaq edəcək Bolqarıstan millisi bu oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, bolqarların heyətində Georgi Terziev zədəlidi. Xorvatiya ilə oyunda zədələnən müdafiəçi sabahkı matçda meydana çıxa bilməyəcək. Qeyd edək ki, millimiz də sabahkı matçda Bədavi Hüseynovsuz mübarizə aparmalı olacaq.

Xəbər xətti