Maqnus Karlsen dünya çempionu olub
Almaniyanın paytaxtı Berlində sürətli şahmat üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, rapiddə mübarizə başa çatıb.
Teymur Rəcəbovun da qatıldığı yarışda 15 turun yekununda norveçli Maqnus Karlsen 11,5 xalla dünya çempionu olub. Rusiya şahmatçısı Yan Nepomnyaşi və Teymur Rəcəbov ondan 1 xal az toplayıblar. Əlavə göstəricilərə görə Nepomnyaşi 2-ci, Rəcəbov isə 3-cü yeri tutub.
saytlarin hazirlanmasi