"Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı"
Dünən 21 yaşlılardan ibarət milli komandamız AÇ-2017 seçmə mərhələsində "Dalğa Arena"da Finlandiya yığmasına 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Finlandiya millisinin baş məşqçisi Tommi Kautonen qələbəyə belə şərh verib:
"Hesab edirəm ki, hər iki komanda üçün çətin oyun oldu. Azərbaycan yığması Avstriyadakı məğlubiyyətdən sonra toparlanmağı bacarmışdı və bu gün bizə çətinlik yaşada bildi. Qapıçımız bir neçə epizodda bizi qoldan xilas etməyi bacardı. Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı".
saytlarin hazirlanmasi