"Qrupda daha çox xal qazana bilərdik"
“Biz bu gün çox yaxşı oynadıq. Üstünlük tam bizim tərəfimizdə idi. Stadiona gələn azsaylı azarkeşləri təbrik edirəm”.
Sportal.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev “Avro-2016”nın seçmə mərhələsində yığmamızla oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Seçmə mərhələ başa çatdı. Bolqarıstan millisi üçün bu seçmə mərhələni necə dəyərlənidrmək olar? Özünüzü necə hiss edirsiniz?
- "Pley-off"a vəsiqə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Buna görə də özümü heç də yaxşı hiss etmirəm. Mən vəzifəmdə qalıram. Gələcəyə baxmaq lazımdır.
- Stadiona demək olar ki, boş idi. Bu, sizə necə təsir etdi?
- Norveçlə oyunda da bu cür halla qarşılaşdıq. Yəqin ki, bu görüşün formal xarakter daşıması azarkeş sayına təsir etdi.
- Bolqarıstan millisi “Avro-2016”nın seçmə mərhələsində bundan artığını bacar bilərdimi?
- Bəli, bizim potensialımız daha böyükdür. Qrupda daha çox xal qazana bilərdik. Hədəfimiz də bu idi. Ancaq qeyd etdiyim kimi, Norveçlə görüşdə xal itkisi dördüncü pilləyə düşməyimizə gətirib çıxardı. (qol.az)
saytlarin hazirlanmasi