"CBC Sport" tam proqramla nə vaxt yayımlanacaq?

13:51 - 14 Oktyabr 2015

"Artıq ikinci səyyar telestansiyamız da alınıb"
 
"CBC Sport" telekanalı noyabradək tam proqramla yayıma çıxacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə "Report"a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib. İ.Rüstəmov bildirib ki, hazırda bununla bağlı tamamlama işləri görülür. Baş direktor efir şəbəkəsinin genişləndirilməsi istiqamətində də çalışdıqlarını açıqlayıb: "Bu həftədən etibarən Azərbaycan Premyer Liqasının bütün oyunlarını canlı yayımlayacağıq. Artıq ikinci səyyar telestansiyamız da alınıb. Eyni zamanda, 3 milli federasiya ilə əməkdaşlığa dair razılığa gəlmişik".
 
Telekanalın rəhbəri yeniliklər barədə vaxtaşırı ictimaiyyəti məlumatlandıracaqlarını da əlavə edib.
 
Qeyd edək ki, "CBC Sport" hazırda test yayımı ilə efirə çıxır.

Xəbər xətti