Respublika stadionuna yeni direktor təyin olundu

14:22 - 14 Oktyabr 2015

Yeni direktor kollektivə təqdim olunub

 

Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub. 

Sportal.az "Report" agentliyinə istinadən xəbər verir ki, bu, Şamil Quliyevdir. 

O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub. 

Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir..

Xəbər xətti