İlk gündə qızıl medal
Veteran güləşçilərin Dünya çempionatının ilk günündə Azərbaycan pəhləvanları 1 qızıl və 1 gümüş medal qazanıb.
Sportal.az xəbər verir ki, 85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev qızıl medal qazanıb.
O, Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn veteran güləşçi finala yüksəlib. Finalda isə daha bir Rusiya təmsilçisi ilə qarşılaşan A.Məmmədov uduzub və çempionatın gümüş medalına sahib olub.
saytlarin hazirlanmasi