Əliyar Ağayev İtaliya millisinin üzvünü meydandan qovdu

20:37 - 14 Oktyabr 2015

4 futbolçuya sarı vərəqə
 
Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib.
 
Sportal.az хəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi briqada İtaliya və İrlandiyanın U-21 yığmaları arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda ədaləti qoruyub. Oyun İtaliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 66-cı dəqiqədə Vittorio Paricininin qonlunu qeydə alan FIFA referisi 70-ci dəqiqədə İtaliyadan Federiko Bernardeşçini meydandan qovub. Əliyar Ağayev İtaliyadan 3, İrlandiyadan 1 futbolçuya sarı vərəqə verib.
 
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. Dördüncü hakim funksiyasını Orхan Məmmədov yerinə yetirib.

Xəbər xətti