Syomin: "Qəbələ"nin oyunu xoşuma gəldi"

00:10 - 23 Oktyabr 2015

"Lakin komanda əlinə düşən imkanlardan yararlana bilmədi"
 
Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən “Qəbələ” - “Borussiya” (Dortmund) oyununu (1:3) izləyənlər arasında təmsilçimizin sabiq baş məşqçisi Yuri Syomin də olub.
 
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis qarşılamadan sonra Futbolxeber.az saytına açıqlamasında görüşlə bağlı bunları deyib: “Qəbələ”nin oyunu xoşuma gəldi. Xüsusən də oyunun əvvəlində “Qəbələ” yaxşı çıxış etdi. Lakin komanda əlinə düşən imkanlardan yararlana bilmədi. Digər tərəfdən də “Borussiya”nın gücünü nəzərə almaq lazımdır”.
 
Syomin “Uğur qazanmaq üçün “Qəbələ”də nə çatışmadı” sualını belə cavablandırıb: “Məncə, “Borussiya”nın heyətindəki kimi futbolçular”. 

Xəbər xətti