"Bütün fikrimi Gəncə klubunun oyunlarına yönəltmişəm"
"Kəpəz" dünən keçirilən sonuncu məşqlə “Xəzər Lənkəran”a qarşı oyunun hazırlıqlarını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, hazırlıq prosesindən sonra komandanın aparıcı üzvlərindən olan Junior Martins klubun mətbuat xidmətinə fikirlərini açıqlayıb:
"Son iki oyundakı qələbənin davamını gətirmək istəyirik. Bütün futbolçular qarşıdakı matçın mahiyyətini yaxşı başa düşür. Oyuna necə lazımdısa, elə də hazırlaşmışıq. Meydana bizə sərf edən nəticəni qazanmaq üçün çıxacağıq".
Təcrübəli yarımmüdafiəçi qarşıdakı görüşdə sabiq klubuna qarşı oynayacaq. Martıns vaxtilə ölkəmizdə “Bakı” ilə yanaşı, “Xəzər Lənkəran”da da çıxış edib: "Keçmiş komandama qarşı oynamağım mənim üçün əlavə motivasiya olacaq. Amma heç bir prinsipiallıqdan söhbət belə gedə bilməz. Hazırda “Kəpəz”də çıxış etdiyim üçün bu komandanın uğurunu düşünməliyəm. Bütün fikrimi Gəncə klubunun oyunlarına yönəltmişəm”.
saytlarin hazirlanmasi