"Kəpəz"in kapitanı: "Hədəf "ilk 3-lük"də yer almaqdır"

19:06 - 24 Oktyabr 2015

"Yaxşı oynadıq"

 

Premyer Liqanın IX turu çərçivəsində "Xəzər Lənkəran" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

 

Oyundan sonra Sportal.az-a açıqlama verən "Kəpəz"in kapitanı Tural Axundov bunları qeyd edib:

 

"Yaxşı mübarizə apardıq və qələbə qazandıq. Oyunda komanda yoldaşlarımla bəzi anlaşılmazlıqlar olurdu. Lakin, bu normal bir haldır. Təbi ki, mən də hər futbolçu kimi istəyərəm ki, komandama xeyrim dəysin. Növbəti oyunlarda da 3 xal üçün meydana çıxacağıq. Hədəf "ilk 3-lük"də yer almaqdır. Qarşıdakı "Zirə" ilə matç da çətin keçəcək. Nəzərə alsaq ki, "Zirə"nin 1 məğlubiyyəti var, oyunun gərgin keçəcəyini əvvəlcədən gözləmək olar".

Xəbər xətti