Ölkə çempionatlarında...
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan Dortmund "Borussiya"sı, PAOK və "Krasnodar" növbəti matçlarına çıxacaq.
Sportal.az xəbər verir ki, "Borussiya" Almaniya Bundesliqasının X turu çərçivəsində doğma meydanda "Auqsburq"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Rusiya Premyer Liqasının XIII turu çərçivəsində "Krasnodar" doğma meydanda "Rubin"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq.
PAOK isə Yunanıstan Super Liqasının VIII turunda "Panatinaikos"la qarşılaşacaq. Matç saat 21:30-da başlayacaq.
saytlarin hazirlanmasi