"Qarabağ"ın hər üç rəqibi də növbəti matçına çıxır

11:35 - 25 Oktyabr 2015

Ölkə çempionatlarında...

 

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Monako", "Tottenhem" və "Anderlext" ölkə çempionatlarında növbəti matçlarına çıxacaq.

 

Sportal.az xəbər verir ki. "Monako" Fransa Liqasının XI turu çərçivəsində səfərdə "Reyms"in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

İngiltərə Premyer Liqasının X turunda "Tottenhem" səfərdə "Bournmut"a qonaq olacaq. Bu matç isə saat 18:05-də başlayacaq.

 

"Anderlext" isə Belçika Liqasının XII turu çərçivəsində doğma meydanda "Brügge"ni qəbul edəcək. Görüş saat 17:30-da start götürəcək.

Xəbər xətti