"Qəbələ"nin futbolçusu: "Futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük"

12:42 - 25 Oktyabr 2015

“Çətin oyun olacaq”

 

“Çətin və maraqlı oyun olacaq. Çünki “Zirə” debütant olmasına baxmayaraq, cari mövsümdə yaxşı oyun nümayiş etdirir”.


Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Ermin Zets Premyer Liqamızın 9-cu turunda bu gün “Zirə” ilə keçiriləcək oyun haqda danışarkən deyib.


Bosniyalı hücumçu klubun saytına açıqlamasında bildirib: “Düşünürəm ki, futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük. Həm də dövrənin son qarşılaşmasını öz meydanımızda keçirəcəyik. Bu görüşdə qələbə qazanmalıyıq. Çünki azarkeşlərimiz önündə 3 xal əldə etməliyik. Bunun üçün bacarığımızı ortaya qoyacağıq. Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”.

 

Zets UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə keçirilən oyununu da (1:3) xatırlayıb: “Görüşün əvvəlində qol vurmaq üçün 2-3 çox yaxşı imkanımız oldu. Adətən belə imkanları qaçıran komanda sonda uduzur. Bizim oyunda da belə oldu. Əminliklə deyə bilərəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik”.

Xəbər xətti