"Qəbələ"dən 11 oyun, 11 qələbə

13:34 - 25 Oktyabr 2015

76 qol vurdu

 

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 
 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki. 11 oyun keçirən təmsilçilər bu matçların hamısında qalib gəlib. 76 qol vuran komandalar 5 top buraxıb.

U-19 evdə “Qarabağ”ı 2:0,ardınca səfərdə AZAL-ı 7:0 hesabı ilə məğlub edib. 3 oyunda 6 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. “Qəbələ” IV turda “Zirə”ni qəbul edəcək.

U-17 “Vətən” RİOEUG-la səfər oyununda 5:1 hesabı ilə məğlub edib. 3 oyundan sonra 9 xalla yarışın lideri olan “qırmızı-qaralar” IV turda “Kəpəz”i qəbul edəcək.

U-16 Liqasında 2-ci qələbəsini qazanan “Qəbələ” “Əlincə”ni 2:1 hesabı ilə məğlub edib. 2 turdan sonra 6 xal toplayan komanda çempionatın lideridir.

AZAL-la ev (+:-), “Neftçi” İK İB ilə səfər (3:1) oyunlarında qalib gələn U-15 yeddi turdan sonra 21 xalla turnir cədvəlinin 1-ci pilləsində yer alıb. “Qırmızı-qaralar” növbəti turda “Zirə”nin qonağı olacaq.

 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Rəvan”ı 11:0 hesabı ilə məğlub edib. 2 turdan sonra 6 xalla liderlər qrupunda qərarlaşan “Qəbələ” III turda “Sumqayıt”la üz-üzə gələcək. Eyni zonada çıxış edən U-13 “Zirə”ni 6 cavabsız qolla məğlub edib. 2 oyunda 4 xal yığan komanda III turda AZAL-la qarşılaşacaq.

 

U-12, U-11 və U-10 komandaların çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında II turun oyunları keçirilib. U-12 Şəkinin “Şorsu” komandasını 15:0 hesabı ilə məğlub edib. 6 xalla liderlik edən “qırmızı-qaralar”ın növbəti rəqibi UGİM (Mingəçevir) olacaq. U-11 Liqasında ilk turda istirahət edən “Qəbələ” İsmayıllı UGİM-inə 10 cavabsız qol vurub. Növbəti turda komanda Oğuzun UGİM-i ilə üz-üzə gələcək. Klubun U-10 komandası Qəbələnin digər təmsilçisi UGİM-i 15:2 hesabı ilə yenib. Hesabında 6 xal olan “qırmızı-qaralar” Şəki UGİM-i ilə qarşılaşacaq.

Xəbər xətti