Avropa çempionatı matçı
Azərbaycanlı hakim Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edib.
Sportal.az xəbər verir ki, Lüksemburqda təşkil olunan 5-ci qrupun oyununda Avstriya Litva matçını idarə edən Məmmədov bu görüşdə cəmi bir sarı vərəqə vərəqə göstərib. Belə ki, litvalı futbolçu matçda yeganə cəzalanan futbolçu olub.
Qeyd edək ki, qarşılaşma avstriyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi