Bütün rəqibləri qələbə qazandı
Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” klubunun qrup mərhələsindəki rəqibləri ölkə çempionatında azarkeşlərini sevindirməyi bcarıb.
Sportal.az xəbər verir ki, “Qəbələ” ilə matçda het-trik edən “Borussiya”nın hücumçsu Obameyanq Bundesliqada “Auqsburq”la matçda da het-trik edib. “Auqsburq”u 5:1 hesabı ilə darmadağın edən “Borussiya”nın digər qollarını Marko Roys vurub. Roman Bürkini 49-cu dəqiqədə məyus edən Bobadillanın qolu “Auqsburq” üçün təsəlli olub. Bu nəticə ilə 10 turdan sonra xallarını 23-ə çatdıran “Borussiya” lider “Bavariya”dan 7 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. Komandanın hücumçusu Obameyanq Levandovski ilə birgə 13 qolla bomabardirlər siyahısına başçılıq edirlər.
“Qəbələ”nin digər rəqibi PAOK Yunanıstan Super Liqasının 8-ci turunda “Qəbələ” komandasının Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı “Panatinaykos”u qəbul edib. PAOK doğma meydanında rəqibinə heç bir şans verməyib və görüşdən 3:1 hesabı ilə qalib ayrılıb. Komandanın qollarını Berbatov, Qari Rodriqes və Miqel Vektor vurublar. Rəqibin heyətində isə Nikos Karelis fərqlənib. Bu qələbədən sonra PAOK 14-cü xalını qazanıb və 4-cü pillədə qərarlaşıb.
“Qəbələ”nin digər rəqibi “Krasnodar” “Rubin”i qəbul edib. Arinin qollarına “Rubin”dən Maksin Kanunnikov cavab verib. Yekunda 2:1 hesabı ilə qələbə qazanan “Krasnodar” 13 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
“Qəbələ” özü bu tur xal itirsə də, Premyer Liqada liderliyə yüksəldi. Doğma meydanında çempionatın debutantı “Zirə” ilə qolsuz heç-heçə edən “qırmızı-qaralar” 9 turdan sonra 20 xalla turnir cədvəlinə başçılqı edir. Eyni xala malik olan “Qarabağ” “Qəbələ”dən top fərqinə görə geri qalır.
saytlarin hazirlanmasi