"Qarabağ"ın rəqibi liderliyə yüksəldi VİDEO

02:45 - 26 Oktyabr 2015

"Anderlext" 3 qolla qalib gəldi
 
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın Bakıda 1:0 hesabı ilə məğlub etdiyi “Anderlext” isə doğma meydanında “Brügge”ni qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.
 
Sportal.az xəbər verir ki, meydan sahiblərinin heyətində  Stefan Okaka, Denis Praet və İmoh Ezekil fərqlənib. Abdulaye Diabinin qolu isə “Brügge” üçün təsəllidən başqa bir şey olmayıb. Bu nəticədən sonra “Anderlext” 12 turdan sonra 25 xal toplayıb və Belçika çempionatına başçılıq edir.

Xəbər xətti