"Qəbələ"nin uğurlu seriyası qırıldı

12:57 - 26 Oktyabr 2015

Meydanı qolsuz tərk ediblər

 

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ"nin uğurlu seriyası qırılıb. 

 

Sportal.az xəbər verir ki, ardıcıl 21 çempionat oyununda qol vuran və 4 matçdır qələbə qazanan "qırmızı-qaralar" 9-cu turda "Zirə" ilə matçda meydanı qolsuz heç-heçə ilə tərk edib.

 

Ardıcıl 5-ci dəfə qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnının Premyer Liqadakı quru seriyası isə 637 dəqiqəyəyə çatıb.

Xəbər xətti