İsveç millimizə rəqib oldu

14:43 - 26 Oktyabr 2015

DÇ-2016-nın əsas seçmə mərhələsi

 

Futzal üzrə Azərbaycan yığmasının DÇ-2016-nın əsas seçmə mərhələsi çərçivəsində sonuncu rəqibi də müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ilkin seçmə mərhələdə B qrupunun qalibi olan İsveç yığması adını millimizin rəqibləri arasına yazdırıb.

 

Qeyd edək ki, Azərbaycan əsas seçmə mərhələdə İsveçlə yanaşı, Xorvatiya və Belarusa qarşı mübarizə aparacaq. Qrupun oyunları dekabrın 10-13-də Osiyekdə (Xorvatiya) keçiriləcək.

Xəbər xətti