"Kəpəz"in zədəlisindən xəbər var

18:43 - 26 Oktyabr 2015

Durumu normaldır

 

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində reallaşan “Kəpəz” - “Xəzər Lənkəran” oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdır. Epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdur.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın həkimi Şıxəli Həsənov deyib: “Şəhriyarın durumu normaldır, tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Sabah yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək”.

 

Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev cari mövsümdə yalnız bir oyunda "Kəpəz"ə kömək edə bilməyib. Futbolçu cəzalı olduğundan “Zirə” ilə matçı buraxmaq məcburiyyətində qalıb. 

Xəbər xətti