"İtirilən xalların əvəzini çıxmalıyıq"
“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Zirə” ilə oyundan sonra (0:0) “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.
Klubun rəsmi saytına açıqlama verən futbolçu I dövrənin yekunu haqqında da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdu. Mövsümün böyük hissəsi hələ irəlidədi. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.
Yarımmüdafiəçi II dövrənin ilk oyunu haqqında fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldı. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
saytlarin hazirlanmasi