6-cı pillədə qərarlaşıb
İran çempionatında 10-cu turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu doğma meydanda "ZobAhan"la qarşılaşıb.
Hesabda 4:1 öndə olmasına baxmayaraq Cənubi Azərbaycan təmsilçisi qələbəni əldən verib. İkinci hissədə 3 qol vuran "Zob Ahan" hesabı bərabərləşdirməyə nail olub(4 – 4).
Qeyd edək ki, bu nəticədən sonra xalını 14-ə yüksəldən "Traktor Sazi" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi