Yevgeni Seleznyevin meneceri təkzib etdi

19:20 - 27 Oktyabr 2015

"Transferlə bağlı heç bir təklif olmayıb"
 
Ukrayna mətbuatında bu ölkənin milli komandasının və “Dnepr” klubunun hücumçusu Yevgeni Seleznyevin “Qəbələ”yə keçəcəyi ilə bağlı xəbərlər yer almışdı.
 
Sportal.az xəbər verir ki, məlumatda qeyd olunub ki, 2016-ci ilin yanvarında Dneprepetrovsk klubu ilə müqaviləsi başa çatan forvardı Avropa Liqasında mübarizə aparan təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk sərəncamında görmək istəyir.
 
Hətta buna görə o, özü şəxsən futbolçuya təklif göndərib. Lakin Seleznyevin agenti Vadim Şabliy “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib. O bildirib ki, belə bir mövzuda danışıq olmayıb: “Bunu ilk dəfə sizdən eşidirəm. Transferlə bağlı heç bir təklif olmayıb. Ümumiyyətlə, bu söz-söhbətlərin səbəbin bilmirəm. Çünki bu mövzuda danışıqlarımız olmayıb”.

Xəbər xətti