Kasilyas üçün əlamətdar oyun

20:18 - 27 Oktyabr 2015

900-cü oyunu
 
Portuqaliya çempionatının 8-ci turunda "Braqa" ilə keçirilən oyun (0:0) "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper karyerasında 900-cü matçını keçirib. Sabiq komandası Madrid "Real"ında 725 oyuna çıxan Kasilyas 164 dəfə İspaniya millisinin, 11 dəfə isə "Portu"nun çərçivəsini qoruyub.
 
Qeyd edək ki, ötən həftə "Makkabi" (Təl-Əviv) ilə görüşdə (2:0) qapısının toxunulmazlığını qoruyan Kasilyas Çempionlar Liqasında qol buraxmadığı oyunların sayını 51-ə çatdırıb. Bununla da, o, turnirin yeni rekordçusu olub.

Xəbər xətti