"Lazımi qədər yaxşı oynadıq"
Premyer Liqanın 10-cu turunda lider "Qəbələ" azarkeşləri önündə AZAL-la qolsuz heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk qarşılaşmaya belə şərh verib:
"Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq"
saytlarin hazirlanmasi